Yeni lüğət dilimizin dərin
qatlarından xəbər verir
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, professor Qara Məşədiyevin “Azərbaycan dilində ayamaların izahlı lüğəti” kitabı nəşr olunub.
İnstitutdan bildirilib ki, kitabda müasir ədəbi dilimizdə işlənməyən, dialekt və şivələrdə isə tamamilə başqa məna ifadə edən sözlər əksini tapıb. Lüğət Azərbaycan dilinin dərin qatlarından xəbər tutmağa imkan yaradır. Kitabda hər bir ayama (ləqəb) haqqında qısa məlumat verilib.
Lüğətdən
dilçilər, etnoqraflar, dil və ədəbiyyat müəllimləri,
ali məktəblərin filologiya
fakültəsinin bakalavr və magistrləri
faydalana bilərlər.
Mədəniyyət.- 2018.- 9 may.- S.10.