“Əgər tamaşaçıların yaddaşında qalmışamsa...”

 

 

   Teatrda qazandığı uğuru kinofilmlərdə də təkrarlamağı bacarmaq sənət yanğısı və parlaq istedad sahibi olmaq deməkdir. Həyatını sənətə həsr edən, Türkmənistanda doğulub, adını Azərbaycanın teatrkino salnaməsinə yazdıran Əməkdar artist Ətayə Əliyeva belə sənətkarlardan olub.

   Ətayə Qulam qızı Əliyeva 1920-ci ildə Aşqabad şəhərində dünyaya göz açıb. Atası onu kiçik yaşlarında teatra aparır və onda səhnə sənətinə maraq yaranır. Məktəblərində yaradılan dram dərnəyinə yazılır. Gənc Ətayənin məqsədi teatr ənənələrinə malik olan Bakıda sevdiyi sahə üzrə təhsil almaq idi. Bu niyyətlə Bakıya gəlib Teatr Texnikumunda təhsil alır. Tələbə vaxtı Azərbaycan Dövlət Akademik Dram Teatrına tamaşalara dəvət olunur. 1936-cı ildə bir qrup aktyorla İrəvandakı Azərbaycan teatrına göndərilir. On il bu teatrda çalışır, maraqlı, mürəkkəb xarakterli obrazlar yaradır.

   Sonra Gəncə Dram Teatrına dəvət edilir. Burada yeddi il çalışır, İradə (“Göz həkimi”), Səadət (“Bahar suları”), Bənövşə (“Nişanlı qız”) kimi yaddaqalan obrazlar yaradır.

   Ə.Əliyeva 1956-cı ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına qayıdır. Klassik müasir Azərbaycan dramaturqlarının, eləcə tərcümə əsərlərinin tamaşalarında məharətlə çıxış edir. Pəri (“Pəri-cadu”), Sona (“Hacı Qara”), Fatmanisə (“Ölülər”), Nəzakət (“Sən həmişə mənimləsən”), Rəfiqə (“Yalan”), Məlahət (“İkinci səs”) onlarla başqa səhnə obrazları aktrisanın yaradıcılıq nailiyyətləri hesab edilir.

   Aktrisa kinoda yaratdığı maraqlı obrazlarla da tamaşaçıların rəğbətini qazanıb.Azərbaycanfilmkinostudiyasının istehsal etdiyiOnu bağışlamaq olarmı?”, “Bizim küçə”, “Dağlarda döyüş”, “Telefonçu qız”, “Uşaqlığın son gecəsi başqa filmlərin televiziya tamaşalarının müvəffəqiyyətində Ətayə xanımın əməyi olub.

   Rejissor Rza Təhmasibin 1959-cu ildə ekranlaşdırdığıOnu bağışlamaq olarmı?” filmində aktrisa iki rolda (leytenant Qarayeva Sara xala) çıxış edir. Kinoya ilk dəfə çəkilsə , ona həvalə olunan obrazların öhdəsindən layiqincə gəlir.

   Kino aktrisası kimi tanınmağa başlayan Ə.ƏliyevaBizim küçəfilmində Bəyim xala roluna çəkilir. Müharibədə itkin düşən Sara adlı bir qızın acı taleyindən, başına gələn macəralardan bir təsadüf nəticəsində anasına qovuşmasından bəhs olunan filmin sonunda Bəyim xala xoşbəxt görünür...

   Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə araşdırmasında yazır ki, “Bizim küçəfilmi çəkilib qurtarsa da, Ətayə xanım narahatlıq keçirir. Fikirləşir ki, görəsən, tamaşaçılar onun oyunundan razı qalacaqlarmı? Görkəmli ədib Mehdi HüseynKommunistqəzetində dərc olunan məqaləsində Ə.Əliyevanın yaratdığı ana surəti haqqında yazır: “Ətayə Əliyevanın ifasında ana surəti bütün filmin ən gözəl aktyor nailiyyətlərindən biri sayıla bilər”.

   Ətayə xanım bu ekran əsərini belə xatırlayır: “Balasını itirən, cəfakeş ana Bəyimi mən çox sevirdim. Filmin rejissoru Ə.Atakişiyev idi. Mənim bu rola çəkilməyimi ona Ədil İsgəndərov məsləhət görmüşdü. Allah ona rəhmət eləsin. Əlisəttar işimdən çox razı qalmışdı”.

   Telefonçu qızfilmində Ətayə xanımın rol almağının maraqlı tarixçəsi var. Rejissor Əşrəf Quliyev dramaturq rejissor Həsən SeyidbəylininBağlı qapılarəsərini tamaşaya hazırlayır. Ə.Əliyevaya gənc qız Zöhrə rolu tapşırılır. Aktrisa bu obrazı da müvəffəqiyyətlə oynayır. O, bu barədə xatirələrində yazır: “Günlərin bir günü Həsən Seyidbəyli mənə dedi: “Oyunun çox xoşuma gəldi. SəniTelefonçu qızfilminə çəkəcəyəm. Qoy bu da mənim sənə hədiyyəm olsun”. SonralarUşaqlığın son gecəsi”, “Dağlarda döyüşfilmlərində çəkildim. Mən özümü kino aktrisası saymıram, amma tamaşaçının yadında qalmışamsa, demək nəsə bacarmışam”...

   Ə.Əliyeva istedadlı sənətkar olmaqla bərabər, həm qayğıkeş bir insan olub. Onun bu mənəvi keyfiyyətləri teatrda kinoda yaratdığı obrazlara da sirayət edib. Buna görə görkəmli sənətkarın qəhrəmanları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Görkəmli aktrisa 1991-ci ildə vəfat edib.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2018.- 9 may.- S.15.