“Nar bağı” ABŞ-da festivalda mükafat qazanıb
Rejissor İlqar Nəcəfin
“Nar bağı” bədii
filmi ABŞ-ın Los Anceles şəhərində
keçirilən SEE (South East European Film
Festival) film festivalında jürinin
baş mükafatına
("Best Feature Film. Grand Jury Prize. Bridging the Borders Award") layiq görülüb.
"Azərbaycanfilm"
kinostudiyası və
"Buta film" kinoşirkətinin
birgə istehsalı olan film Mədəniyyət
Nazirliyinin sifarişi ilə çəkilib.
Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar
Nəcəf, Roelof Jan
Minneboo, quruluşçu
operatoru Ayhan Salar, quruluşçu rəssamı
Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi,
icraçı prodüseri Akif
Əliyev, prodüserləri Müşfiq
Hətəmov və İlqar Nəcəfdir.
Rolları Qurban İsmayılov, İlahə
Həsənova, Səmimi Fərhad, Həsən Ağayev, Rövşən Kərimduxt və
digərləri canlandırıblar.
Mədəniyyət.- 2018.- 9 may.- S.16.