Muzeydə birgə tədbir keçirilib

 

   Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Abdulla Şaiqin mənzil-muzeyi və Azərbaycan Milli Konservatoriyası ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirib.

   Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri açaraq ümummilli lider Heydər Əliyevin milli incəsənətimizin inkişafında xidmətlərindən, bu sahədə çalışan sənətkarlara diqqət və qayğısından danışıb.

   Abdulla Şaiqin mənzil-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə “Heydər Əliyev və musiqi incəsənəti”, elmi işçi Elminaz Məmmədli “Heydər Əliyev və Azərbaycan muzeyləri” mövzularında məruzələrlə çıxış ediblər.

   Tədbirin bədii hissəsində Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının, Milli Konservatoriyanın tələbələrinin ifalarında Azərbaycan xalq mahnıları və bəstəkar əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

   Mədəniyyət.- 2018.- 11 may.- S.6.