Kino tariximizdən maraqlı faktlar
Azərbaycan kinosu 120
Kino tariximizdən
maraqlı faktlar rubrikasında 120 yaşlı
Azərbaycan kinosunun salnaməsindən diqqətçəkən
məqamları oxuculara
təqdim edəcəyik.
Faktlar kino tariximizin yorulmaz tədqiqatçısı,
Əməkdar incəsənət
xadimi Aydın Kazımzadənin qələmə
aldığı məqalə
və kitablardan, müxtəlif arxiv materiallarından toplanıb.
Sovet Azərbaycanının ilk filmi
Sovet Azərbaycanının ilk kinolenti 1923-cü ildə çəkilən Qız
qalası filmidir.
Film o dövrdə çoxlu tənqidlərə
məruz qalıb.
Həmin dövrdə
yalnız Bakinski raboçi qəzeti filmə belə münasibət bildirmişdi:
Qız qalası filminin çəkilişi
kino sənətinin
ilk inkişaf dövrü
üçün səciyyəvidir
və Sovet Azərbaycanının birinci
tammetrajlı bədii
filmidir.
Böyük Şərifzadənin kinoda
ilk işi
A.M.Şərifzadə kinoya sənədli
filmlə gəlmiş,
ilk dəfə 1924-cü ildə
Azərbaycana səyahət
filmini çəkmişdir.
Film mənzərə janrına yaxın tammetrajlı kinolentdir.
Çəkilişlər Şəki, Ağdam,
Ağstafa, Gəncə,
Hacıkənd və Qubada aparılıb.
A.M.Şərifzadə həm də
filmin bədii rəhbəridir. Filmin ssenari
müəllifləri A.Litvinov,
Y.Tolçandır.
İlk detektiv filmimiz
1924-cü ildə lentə alınmış Əvəz-əvəzə
filmi Azərbaycanın
ilk detektiv filmidir.
Film Qafqaz dağlarında
xarici kəşfiyyatın
fitnə-fəsadlarından danışır. Ekran əsərində
sovet çekistlərinin
mübarizəsi ön
plana çəkilib.
Bəzi epizodlar Kislovodskda lentə alınıb.
Məkan korluğu çəkməyən
ilk filmimiz
Azərbaycan kinosu tarixində
ilk böyük ekspedisiya
çəkilişi 1927-ci ilin
sonlarında lentə alınmağa başlayan
Hacı Qara filmidir. Bu filmin
çəkilişlərində bir neçə məkandan istifadə edilib. Film Ağdamın
Muradbəyli kəndində,
Şuşanın Xəlfəlidərə
və Daşaltı kəndlərində, Suxumidə lentə alınıb. 1928-ci ildə Bakı kinofabrikinin yeni istifadəyə verilmiş
kinopavilyonunda kütləvi
səhnələr, mürəkkəb
çəkiliş manerası
tələb edən bazar, dükan epizodları lentə alınıb. Filmdə
M.Əliyev, M.Mərdanov,
A.Gəraybəyli, S.Ruhulla,
M.Davudova, H.Abbasov kimi görkəmli sənətkarlar çəkilib.
Sonuncu səssiz film
İsmət
filmi Azərbaycan kinosunun sonuncu səssiz filmidir. Əsər M.Mikayılovun rejissorluğu
ilə 30-cu illərdə
ekranlaşdırılıb. O illərdə Azərbaycan
qadınının taleyindən
həyəcanla, eyni zamanda iftixar hissi ilə danışan film təkcə
sənət əsəri
kimi deyil, həm də həyati fakt kimi əhəmiyyət kəsb edir.
Hazırladı:
Lalə Azəri
Mədəniyyət.- 2018.- 11 may.- S.15.