“Qürbətdə
qalmış məzar” sənədli filmi nümayiş olunub
Mayın 6-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakıdakı Rusiya Mədəniyyət İnformasiya Mərkəzinin birgə təşkilatçılığı ilə sözügedən mərkəzdə “Qürbətdə qalmış məzar” sənədli filminin təqdimatı olub.
Sovet İttifaqı Qəhrəmanı, polkovnik Həbibulla Hüseynov haqqında film dövlət sifarişi ilə nazirliyin “Yaddaş” studiyasında çəkilib.
Filmin
ssenari müəllifləri Cavid İmamverdiyev,
Qasım Səfəroğlu, rejissoru Cavid İmamverdiyev,
operatorları Zahid Bağırov, Samir Həsənov, Yusif
Şəfiyev, icraçı prodüseri
Abdulnəsir Kutiyevdir.
Mədəniyyət.- 2018.- 11 may.-
S.6.