Ümummilli liderin 95 illiyinə həsr olunmuş elmi-praktik konfrans

 

   Milli mədəni dəyərlərin qorunmasında təbliğində Heydər Əliyev fenomeni

  

   Bakı Xoreoqrafiya Akademiyasında (BXA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmişMilli mədəni dəyərlərin qorunmasında təbliğində Heydər Əliyev fenomeniadlı V Respublika elmi-praktiki konfrans keçirilib.

   Plenar iclası giriş sözü ilə açan rektor, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev ümummilli liderin mədəniyyət incəsənətimizə xüsusi qayğısından danışıb. Vurğulayıb ki, respublikamız müstəqilliyini bərpa etdikdən sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan mədəniyyətinin tərəqqisinə yeni təkan verdi.

   T.Əfəndiyev ulu öndərin siyasətinin hazırda ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazandığını söyləyib.

   Sonra ümummilli lider haqqında videoçarx nümayiş olunub.

   Daha sonra BXA-nın elm yaradıcılıq üzrə prorektoru, Əməkdar incəsənət xadimi Sonaxanım İbrahimovaHeydər Əliyev - mədəni-mənəvi intibahın təminatçısı”, BXA-nın Azərbaycan dili ədəbiyyat kafedrasının müdiri, professor Vəfa ƏliyevHeydər Əliyev Azərbaycan ədəbiyyatı”, Opera Balet Teatrının bədii rəhbəri, Xalq artisti Kamilla HüseynovaAzərbaycan balet sənətinin inkişafı Heydər Əliyevin tarixi xidmətlərinin nəticəsidir”, AMEA Memarlıq İncəsənət İnstitutunun direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər ZeynalovHeydər Əliyevin bədii obrazı Azərbaycan xalça sənətindəmövzularında çıxış ediblər. Həmçinin BXA-nın baş müəllimi, Əməkdar artist Sənan HüseynlininÜmummilli liderin Azərbaycan milli xoreoqrafiya sənətinə böyük qayğısı”, BXA-nın müəllimi, Prezident təqaüdçüsü Pərvin NəcəfovaHeydər Əliyevin gənclər siyasəti”, BXA-nın Musiqi fənləri kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi Eldar DadaşovunAzərbaycan musiqi mədəniyyətinin inkişafı təbliği Heydər Əliyevin siyasi fəaliyyətinin tərkib hissəsi kimiadlı məruzələri dinlənilib. Xalq artistləri Təranə Muradova Nazpəri Dostəliyeva çıxış edərək dahi şəxsiyyətin rəhbərliyi dövründə Azərbaycanın hər bir sahəsinə göstərdiyi diqqət qayğıdan bəhs ediblər.

   Mədəniyyət Nazirliyinin Elm, təhsil və gənclərlə şöbəsinin müdiri Yaşar Əliyev, şöbənin əməkdaşları, eləcə də müxtəlif müəssisələrin əməkdaşlarının iştirak etdiyi konfrans öz işini seksiyalarla davam etdirib.

 

Mədəniyyət.- 2018.- 11 may.- S.9.