“İstedad sorağında” müsabiqəsinin
yekun sərgisi
Mayın 15-də Xətai Sənət Mərkəzində
gənc rəssamlar arasında təsviri sənət üzrə “İstedad sorağında-3” yaradıcılıq
müsabiqəsinin yekun
sərgisi açıldı.
Mədəniyyət
Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Rəssamlar İttifaqı, Xətai
Rayon İcra Hakimiyyəti,
Xətai Sənət Mərkəzinin təşkilatçılığı
ilə reallaşan müsabiqə Azərbaycan
Xalq Cümhuriyyətinin
100 illiyinə həsr
olunub. Müsabiqəyə dəstək verən
informasiya qurumları arasında “Mədəniyyət”
qəzeti də var.
Tədbiri nazirliyin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov açaraq layihə haqqında bilgi verdi.
Qeyd etdi ki, 16-29 yaş arası gənclərin, həvəskar
rəssamların qatıldığı
müsabiqədə məqsəd
istedadlı gənclərin
üzə çıxarılması,
onların yaradıcılığının
dəstəklənməsidir. Müsabiqədə 250-yə yaxın müəllif iştirak edib. Sərgidə 60-a yaxın iştirakçının
əsərləri nümayiş
olunur.
Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov ölkəmizdə
istedadlı gənc nəslin yetişdiyini vurğuladı. O, sərgidəki
iştirakçı gənclərin
içindən gələcəyin
böyük rəssamlarının
çıxacağını bildirdi.
Xətai rayon İH-nin şöbə
müdiri Pənah İmanov müsabiqənin
əhəmiyyətindən söz açdı, rayonda keçirilən mədəni tədbirlərdən
bəhs etdi.
Sonra qaliblər mükafatlandırıldılar.
Aydan Vəliəhd, Nəsrin Şirin, Vüqar Mehdiyev, Aydan Zalova, Fidan
Səfərova, Bahar Hüseynova həvəsləndirici,
Şahin Quliyev III, Fəridə Həsənli
II, Aynur Səmədova
I yerlərə layiq görüldülər.
Bundan başqa, iştirakçılara
müxtəlif nominasiyalar
üzrə ayrı-ayrı
qurumların mükafatları
da təqdim edildi.
S.Qaliboğlu
Mədəniyyət.- 2018.- 16 may.-
S.3.