İstiqlal Muzeyində açıq dərs

 

 

 İstiqlal Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə növbəti açıq dərs keçirilib.

      Muzeydən bildirilib ki, muzey silsilə olaraq “Azərbaycan Xalq Cümhuriyyəti ili” ilə əlaqədar olaraq məktəblilər üçün açıq dərslər təşkil edir. Budəfəki açıq dərsdə Ağdam rayonu 149 saylı tam orta köçkün məktəbinin və Yasamal rayonu İlqar İbrahimov adına 167 saylı məktəbin şagirdlərinin hazırladıqları bədii kompozisiyalar nümayiş olunub.

   Tədbirdə Cümhuriyyət dövründən bəhs edən sənədli film də təqdim olunub.

   Sonda məktəblilər üçün muzeyin ekspozisiyasına ekskursiya təşkil edilib.

 

Mədəniyyət.- 2018.- 16 may.- S.11.