“Bakı Prosesinin 10 illiyi ilə bağlı təqdimat keçirilib

 

 

Mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesinin 10-cu ildönümünün qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2017-ci il tarixli sərəncamına uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən xaricdə və ölkəmizdə, xüsusilə ali təhsil müəssisələrində təqdimatlar keçirilir.

  

   Mayın 11-də Bakı Dövlət Universitetində “Bakı Prosesi” ilə bağlı təqdimat təşkil olunub.

   Əvvəlcə universitetin prorektoru Aydın Kazımzadə “Bakı Prosesi” barədə müəllim və tələbələrə məlumat verib.

   Daha sonra təqdimatla çıxış edən Mədəniyyət Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, “Bakı Prosesi” Beynəlxalq işçi qrupunun katibi Vasif Eyvazzadə “Bakı Prosesinin tarixi, siyasi əhəmiyyəti və bu təşəbbüs çərçivəsində Bakıda keçirilmiş ənənəvi Dünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və Bakı Beynəlxalq Humanitar Forumu barədə danışıb. Qeyd edilib ki, 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən, Avropaİslam dünyası arasında mədəniyyətlərarası dialoq sahəsində müstəsna yer tutan bu regional təşəbbüs artıq qlobal layihə və hərəkata çevrilib.

   Təqdimatda qeyd olunub ki, “Bakı Prosesiinklüziv cəmiyyətin qurulması, onun davamlı inkişafına nail olmaq üçün dinlər, mədəniyyətlər və müxtəlif xalqlar arasında dialoq və əməkdaşlığı təşviq edən yeganə qlobal əhəmiyyətli platformadır və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası və İSESCO kimi tərəfdaşlar tərəfindən dəstəklənir. BMT Baş Assambleyasının 11 dekabr 2017-ci il tarixli “Dinlərarası və mədəniyyətlərarası dialoq, qarşılıqlı anlaşmasülh naminə əməkdaşlığın təşviqi” adlı qərarında Dünya Mədəniyyətlərarası Dialoq Forumuna istinad edərək, mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma kimi qeyd edilib.

   Vurğulanıb ki, ölkə başçısının sərəncamı ilə Bakı Beynəlxalq Humanitar Forumunun da “Bakı Prosesi” çərçivəsində iki ildən bir keçirilməsi qərara alınıb. Bu ilin oktyabr ayında keçiriləcək növbəti forumun əsas istiqaməti insan inkişafı məsələlərinə həsr ediləcək. Bu o deməkdir ki, “Bakı Prosesinin növbəti mərhələdə əsas hədəfi mədəniyyətlərarası dialoqla yanaşı müxtəlif ölkə və xalqların əldə etdiyi nailiyyətlərin mübadiləsi və dialoqu olacaq.

   Sonra “Bakı Prosesi”nə həsr olunmuş film nümayiş etdirilib, tələbə və müəllim heyəti ilə fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2018.- 16 may.- S.4.