Kukla teatrında “Əlibaba və qırx quldur”
Sakit!..
- Əlibaba, bura gəl.
- Bəli, Zeynəb...
- Evdə ərzaq qalmayıb. Nə bişirəcəyimi bilmirəm...
- Narahat olma, Zeynəb. Bu saat hər şeyi həll edərəm. Yaxşısı budur, qoy bazara
gedim. Orada hər şey
olacaq. Mən getdim, Zeynəb.
...Beləcə,
nağıl başlayır.
Hansı
nağıl? Deyəsən,
axı, qəhrəmanların
adları oxucuya tanış gəlməlidir. Hələ də yox?
Onda sizə bir qədər də kömək edək...
- Salam, qardaş.
- Salam...
- Qardaş, nə olub, niyə
bikefsən?
- İşlər
zəifləyib. Səndən nə əcəb?
- Bilirsən, qardaş, mən balta üçün gəldim...
- Hə? Baltanı neynirsən? Mən elə
bildim ki, borcunu qaytarmağa gəlmisən. Qardaşlar
arasında borc söhbəti ola
bilməz.
- İstəyirəm
baltanı götürüb
gedim meşəyə,
odun qırıb gətirib bazarda satım...
- Yəqin ki ilk qazancına da borcunu qaytararsan...
- Əlbəttə, qardaş. Mütləq qaytararam!
- Bu da balta...
- Çox sağ ol.
- Baltanın pulunu borcunu qaytaranda qaytararsan.
- Mütləq,
qardaş! Çox sağ ol.
- Bu baltanın
pulunu səndən üç qat alım, sən də bax. Mənə
də Qasım deyərlər!
...Nağıldakı,
daha doğrusu, nağıl tamaşasındakı
dialoqları bu yerdə saxlayırıq. Hər necə olsa, əsas qəhrəmanların adlarını
öz dillərindən
öyrəndiniz... Bəli, bəli,
söhbət “Əlibaba
və qırx quldur” tamaşasının
qəhrəmanlarından gedir.
Bu tamaşa isə A.Şaiq adına
Azərbaycan Dövlət
Kukla Teatrında hazırlanır.
Bütün dünyada məşhur
olan, dəfələrlə
həm uşaqlar, həm də böyüklər üçün
səhnələşdirilmiş, ekranlaşdırılmış nağıl bu dəfə həm kuklaların, həm də aktyorların ifasında balaca tamaşaçılara təqdim
ediləcək. Artıq
son məşqləri gedən
tamaşanın seyrçiləri
qəddar və qəddar olduğu qədər ədalətli
Şəhriyarı, müdrik
və gözəl Şəhrizadı da səhnədə görə
biləcəklər...
Yaxşısı
budur, qədim nağılın yeni səhnə yozumu barədə tamaşanın
quruluşçu rejissoru
Anar Məmmədovu dinləyək:
- Məşhur
“Min bir gecə” nağıllarından olan
“Əlibaba və qırx quldur” nağılına müraciət
etmişik. Bu tamaşada
da biz çalışmışıq
ki, əsas ideyanı - tamahkarlığın
insanın başına
hansı oyunları gətirdiyini, çox yeməyin insanı az yeməkdən
də qoyduğunu nağıl dili ilə anladaq.
- Məşqdən
belə başa düşdüm ki, bu tamaşada nağıl içində
nağıl göstərilir.
- Bəli, şah Şəhriyar, Şəhrizad, Vəzir canlı plandadır, Şəhrizadın şaha
danışdığı nağılı - “Əlibaba
və qırx quldur”u isə kuklalar ilə göstərəcəyik. Mən özüm
də ilk dəfədir
ki, nağıl içində nağıl
prinsipi ilə tamaşa qurduğum üçün nəticəsi
özüm üçün
də maraqlıdır.
- Bəs qırx quldurun obrazını necə həll etmisiniz?..
- Əslində
nağılda belə
bir məqam var ki, Əlibabanın
meşədə tapdığı
“Sim-sim” mağarasına
qırx quldurun hamısının daxil olmağa ixtiyarı yoxdur, ora yalnız
Həsən və iki quldur keçə
bilər. Biz də üç quldurdan başqa qalan quldurların “obraz”ını statik şəkillər, səs
effektləri ilə həll etmişik. Yəni tamaşaçı o qədər
qulduru səhnədə
görməsə də,
onların mövcud olduğuna inanacaq. Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyevdir.
Musiqi tərtibatında isə Fikrət Əmirovun “Min bir gecə” baletinin musiqisindən və bəstəkarın
Şərq mövzusuna
yaxın bəzi əsərlərindən istifadə
edəcəyik.
İndi də səhnədə Şəhriyar və Əlibaba kimi gördüyümüz aktyor
Rəhim Rəhimovu dinləyək:
- Bu tamaşada
həm Şəhriyar,
həm də Əlibaba rolunda çıxış edirəm.
Şah Şəhriyarı
canlı aktyor kimi oynayıram, Əlibabanı isə kuklaçı aktyor olaraq...
- İndiyədək
tamaşaçıların təxəyyülündə formalaşmış
Əlibaba obrazı var ki, bu
obrazı bizə daha çox bu nağılın motivləri əsasında
çəkilmiş filmlərdəki
aktyorlar tanıdaraq sevdiriblər. Düzdür, indiki uşaqların həmin filmlərə həvəslə baxdığını,
bəyəndiyini demək
çətindir.
- Həqiqətən
də, bugünkü uşaqlar tamam fərqli filmlərə baxırlar. Amma mən çox
istərdim ki, onlar bizim bu
tamaşaya baxsınlar
və Əlibabanı
tanısınlar. Əlibaba qəhrəman
cüssəli oğlan
deyil, amma ağıllı, zəhmətkeş,
halal qazancla yaşamaq yolunu seçən sadə, tərbiyəli oğlandır,
hər kəsə də məhz ağlı ilə qalib gələrək, öz həyatını qurur. Belə bir qəhrəmanı
da tanımağa dəyər.
***
Bizcə də, kukla
teatrının səhnəsində
görəcəyimiz Əlibabanı
tanıyıb sevməyə
dəyər. Odur ki, əziz valideynlər, afişaları izləyin.
Tezliklə sizi və övladlarınızı “Əlibaba
və qırx quldur” ilə görüş gözləyir.
Gülcahan
Mirməmməd
Mədəniyyət.- 2018.- 16 may.-
S.10.