Qonaq gəlib dostlar bizə...
Sumqayıt şəhər S.Rüstəmov adına Uşaq incəsənət məktəbində Mehdiabad qəsəbə Uşaq musiqi məktəbinin saz ansamblının üzvləri konsert proqramı ilə çıxış edib.
Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov çıxış edərək belə tədbirlərin mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətində əhəmiyyətini vurğulayıb. Konsertdə saz ansamblının ifasında “Baş dübeyti”, “Naxçıvani” saz havaları, digər musiqi parçaları səslənib.
***
Sumqayıt şəhər
Q.Qarayev adına Uşaq
musiqi məktəbinin fortepiano
şöbəsinin şagirdləri isə Mehdiabad
qəsəbə Uşaq musiqi
məktəbində konsert proqramı ilə
çıxış ediblər. Mehdiabad qəsəbə
Uşaq musiqi məktəbinin
direktoru Təranə İbrahimova
ifaçılara və onların müəllimlərinə rəngarəng
konsert proqramına görə minnətdarlığını
bildirib.
Mədəniyyət.- 2018.- 16 may.-
S.7.