Musiqi məktəbinin yubiley konserti
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik Musiqi məktəbində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Tədbirdə çıxış edən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vuqar Zeynalov ulu öndərin mədəniyyətimizə qayğısından söz açıb. Bildirib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə mədəniyyət və incəsənətimizin hamisi olub, o cümlədən gənc istedadların dəstəklənməsinə xüsusi diqqət ayırıb.
Sonra şagirdlərin ifasında ümummilli liderə həsr olunmuş şeirlər səsləndirilib.
Konsertdə məktəbin
şagirdləri M.Maqomayevin “Odlar yurdu”, T.Quliyevin
“Fantaziya”, Q.Qarayevin “Səhər
nəğməsi”, Ü.Hacıbəylinin “Arazbarı”, F.Şopenin “Ballada”.
İ.Bramsın “Macar rəqsi”, F.Mendelsonun “Prelüd” və
başqa əsərləri ifa ediblər.
Mədəniyyət.- 2018.- 16 may.-
S.7.