Qarabağ atları, süvarilərimiz və sənətçilərimiz “Kral Vindzor At Şousunda

 

 

 Azərbaycan Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi dünyaca məşhur Qarabağ atlarının iştirakı ilə Böyük BritaniyaŞimali İrlandiyanın kraliçası Ülyahəzrət II Elizabetin doğum günü ərəfəsində təşkil olunan ənənəvi “Kral Vindzor At Şousunda möhtəşəm proqramla çıxış edib.

 

Proqram Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı, Mədəniyyət NazirliyiAvropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təqdim olunub.

 

      Şouda ölkəmizi süvarilər dəstəsi ilə yanaşı, “Sərhədçi” rəqs qrupu, “Natiqritm qrupu və rəssamlar təmsil ediblər. “Land of Fire - Azerbaijan” (“Odlar Yurdu - Azərbaycan”) adlı xüsusi proqram 75 illik yubileyini qeyd edən "Kral Vindzor At Şousunun izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. Qarabağ atları və azərbaycanlı süvarilərin məharəti bütün tamaşaçıları valeh edib.

   Qeyd edək ki, Azərbaycan bu tədbirdə ilk iştirakından diqqət mərkəzində olub. Kraliça ailəsinə məxsus Vindzor qəsri hələ 1956-cı ildə Qarabağ atı ilə tanış olmuşdu. O vaxt kraliça II Elizabetə hədiyyə olunanZaman” adlı at Böyük Britaniyaya Azərbaycanın qədim atçılıq mədəniyyətini ilk dəfə tanıtmışdı.

   Əməkdar artist Natiq ŞirinovunNatiqritm qrupunun ecazkar ifasının sədaları altında Dövlət Sərhəd Xidmətinin 20 süvarisi məşqçi Azər Həmzəyevin rəhbərliyi ilə Qarabağ atlarının belində meydana çıxıb. Təqdim olunan kompozisiyada onları xoreoqraf, Əməkdar artist Nailə Məmmədzadənin rəhbərliyi ilə “Sərhədçi” rəqs ansamblı, alov püskürən fakirlər qrupuiki gənc rəssam müşayiət edib. On iki dəqiqə davam edən şounun quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur.

   Mayın 12-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının nümayəndə heyəti Böyük Britaniya taxt-tacının sahibi, Ülyahəzrət II Elizabetlə görüşübona rəmzi xatirə hədiyyəsi olaraq Qarabağ atının tuncdan hazırlanmış heykəlini təqdim edib.

   Avropa Azərbaycan Cəmiyyətindən bildiriblər ki, tədbir çərçivəsində azərbaycanlı rəssam Cəsar Məmmədovun müəllifi olduğu II Elizabetin portreti Azərbaycan adından Ülyahəzrətə təqdim edilib. Cəsar Məmmədov Azərbaycan rəssamlıq sənətində özünəməxsus bir məktəb yaratmış, Əməkdar rəssam, UNESCO Rəssamlar İttifaqının üzvü Sakit Məmmədovun ailəsində dünyaya göz açıb.

 

Mədəniyyət.- 2018.- 16 may.- S.16.