Londonda Cümhuriyyətin 100 illiyinə
həsr olunmuş konsert proqramı
Konsertdə
Ədilə Hüseynzadənin
romansları səsləndirilib
Xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
münasibətilə Londonda
konsert proqramı ilə çıxış
edib.
Konsertdə F.Hacıyeva Əməkdar
incəsənət xadimi
Ədilə Hüseynzadənin
romanslarını səsləndirib.
Onu pianoda Səidə Tağızadə, violençeldə
Aleksey Miltıx müşayiət
edib.
Proqram boyunca Ədilə
Hüseynzadənin tələbələri
- bəstəkar Elnarə
Dadaşova və Zümrüd Dadaşzadə
onun həyat və yaradıcılığından
bəhs ediblər.
Zümrüd Dadaşzadə bildirib
ki, Ədilə Hüseynzadənin
əsərlərinin Cümhuriyyətin
100 illiyində Böyük
Britaniyada səsləndirilməsi
Azərbaycanın musiqi
həyatında önəmli
hadisədir.
Qeyd edək ki, Ə.Hüseynzadə Azərbaycan
Dövlət Konservatoriyasını
1953-cü ildə bəstəkarlıq
ixtisası üzrə
bitirmiş ilk azərbaycanlı
qadındır.
Mədəniyyət.-
2018.- 18 may.- S.2.