Azərbaycanlı
pianoçuların növbəti beynəlxalq uğuru
İsveçrənin Cenevrə şəhərində soydaşımız, dünya şöhrətli pianoçu və pedaqoq Adilə Əliyevanın rəhbəri olduğu pianoçuların ənənəvi beynəlxalq müsabiqəsi keçirilib. Adilə Əliyevanın bildirdiyinə görə, sayca 12-ci beynəlxalq müsabiqə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub. Müsabiqə çərçivəsində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert proqramı da təqdim olunub.
Fransa hökumətinin dəstəyi ilə keçirilən müsabiqədə 22-35 yaşlı peşəkarlar, 14-21 yaşlı gənc ifaçılar ilə yanaşı, 6-13 yaşlı şagirdlərə də kiçik yaş qrupunda sənət yarışına qoşulmaq imkanı yaradılıb.
Rusiya, Yaponiya, Fransa və digər ölkələrdən gələn izləyicilərin böyük marağına səbəb olan müsabiqədə həmyerlimiz Ceyhun Əzizov və albaniyalı Taşko Kostandin birinci yerə, yaponiyalı Yanq Şiven isə ikinci yerə sahib olub. Bundan əlavə, həmyerlilərimiz Nərminə İsmayılova və Ramazan Hüseynov da müsabiqənin diplomuna layiq görülüblər.
Qeyd
edək ki, iki ildən
bir təşkil edilən müsabiqə
1996-cı ildən fəaliyyət göstərir və hər
dəfə müsabiqədə 200-dən çox
iştirakçı yarışır. Sözügedən
müsabiqə dünyanın ən yaxşı iyirmi müsabiqəsi ilə bir
sırada dayanır.
Mədəniyyət.-
2018.- 18 may.-S.3.