Bakı Xoreoqrafiya
Akademiyasında elmi
seminar
Bakı Xoreoqrafiya Akademiyasında
(BXA) Baletmeyster sənəti,
Klassik rəqs və Milli rəqs
kafedralarının təşkilatçılığı
ilə "Simfonik muğamların balet tamaşalarında təcəssümü"
adlı elmi seminar keçirilib.
BXA-nın Baletmeyster sənəti kafedrasının müdiri,
professor Lyudmila Həsənova
seminarı açaraq
qeyd edib ki, əsrlərdən bəri nəsildən-nəslə
keçən Azərbaycan
muğam sənəti
bu gün inkişafının ən
yüksək mərhələsini
yaşayır. O, bildirib
ki, gələcəyimiz
olan gənc nəslə bu sərvəti layiqincə çatdırmalıyıq.
Daha sonra BXA-nın konsertmeyster
və pedaqoqu Nigar Mirzəyeva
"Muğam - ilahi
qüvvənin mənbəyi kimi",
Əməkdar artist Eteri
Cəfərova "Rast", "Şur", "Şüştər"
muğamları üzərindəki "Səməni",
"Sarı gəlin", "Uzundərə", "Tərəkəmə"
rəqsləri", Klassik rəqs
kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi
Mayra Almaszadə "Üzeyir
Hacıbəylinin "Koroğlu" və
Müslüm Maqomayevin
"Şah İsmayıl"
operalarında muğam təməlləri",
Baletmeyster sənəti kafedrasının müdiri, professor L.Həsənova
"Fikrət Əmirovun "Şur" simfonik muğamının xoreoqrafik
həlli" və başqaları məruzələrlə
çıxış ediblər.
Mədəniyyət.-
2018.- 18 may.-S.4.