Naxçıvan teatrının
135 illiyi qeyd olunub
Cəlil Məmmədquluzadə adına Naxçıvan
Dövlət Musiqili
Dram Teatrında Azərbaycan
milli teatr tarixinə zəngin səhifələr yazmış
Naxçıvan teatrının
yaradılmasının 135 illik
yubileyi qeyd olunub.
Muxtar respublikanın mədəniyyət
naziri Natəvan Qədimova çıxış
edərək sənət
ocağının keçdiyi
inkişaf yolundan danışıb. Bildirib ki,
Naxçıvan teatrının
inkişafında Eynəli
bəy Sultanov, Cəlil Məmmədquluzadə,
Məhəmmədtağı Sidqi və başqa
görkəmli ziyalılarımız
əsl fədakarlıq
nümunəsi göstəriblər.
Ötən müddətdə Naxçıvanda teatr sənəti böyük inkişaf yolu keçib.
Bu gün
muxtar respublikada gənc aktyor nəslinin yetişməsinə
diqqət verilir.
Naxçıvan Dövlət Universitetində
aktyorluq sənəti və Naxçıvan Musiqi Kollecində bədii yaradıcılıq
işi ixtisasları fəaliyyət göstərir.
Tədbirin sonunda Qurban
Səidin “Əli və Nino" romanının
motivləri əsasında
tanınmış dramaturq,
Əməkdar incəsənət
xadimi Əli Əmirlinin yazdığı
eyniadlı pyesin tamaşası göstərilib.
Azərbaycanın Xalq artisti Kamran
Quliyevin quruluş verdiyi tamaşada
teatrın tanınmış artistləri ilə yanaşı,
gənc aktyorlar da rol alıblar. Tamaşanın quruluşçu
rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Əməkdar
mədəniyyət işçisi İmamqulu Əhmədovdur. Səhnə əsərində
Qara Qarayevin, Fikrət
Əmirovun, Soltan Hacıbəyovun musiqisi ilə yanaşı, gürcü,
tatar melodiyalarından da
istifadə edilib.
Mədəniyyət.-
2018.- 18 may.-S.7.