Cümhuriyyət qurucularının
xatirəsinə abidə ucaldılıb
İstanbulun Feriköy məzarlığında uyuyan Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsinə abidə ucaldılıb.
Abidə Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncamına əsasən ölkəmizin İstanbuldakı baş konsulluğunun təşəbbüsü və SOCAR-ın dəstəyi ilə qoyulub.
Üzərində
Azərbaycanın və Türkiyənin dövlət
bayraqlarının rəsmi və ümummilli
lider Heydər Əliyevin "Bir millət, iki dövlət"
ifadəsi həkk olunan abidədə Feriköy məzarlığında uyuyan Əhməd bəy Ağaoğlu,
Əbdüləli bəy Əmircanlı, Baba
bəy Behbud, Xəlil
bəy Xasməmmədli, Hüseynqulu xan Xoyski, Miryaqub
bəy Mirmehdiyev, Aran
Məməmmədsadiq, Kərim bəy Odər, Səlim Rəfiq
bəy Rəfioğlu, Şəfi bəy Rüstəmbəyli,
Xosrov bəy Sultanzadə, Nağı bəy
Şeyxzamanlı, Qulamrza bəy Şərifzadənin
adları yazılıb.
Mədəniyyət.-
2018.- 18 may.-S.12.