Cümhuriyyətin yubileyi Təbrizdə qeyd edilib
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə ölkəmizin Təbriz şəhərindəki baş konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib.
Mərasimdə çıxış edən baş konsul Əliyənnağı Hüseynov Azərbaycan Xalq Cümhuriyyəti barədə ətraflı məlumat verib.
İran İslam Respublikasının Şərqi Azərbaycan vilayəti valisinin siyasi, təhlükəsizlik və ictimai məsələlər üzrə müavini Rəhim Şöhrətifər əlamətdar günlə bağlı valinin təbriklərini çatdırıb.
Çıxışlardan sonra Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair və müasir Azərbaycanın inkişafını əks etdirən film və "Naxçıvan İslam mədəniyyətinin paytaxtı - 2018" adlı videoçarx nümayiş olunub.
Sonra
Azərbaycan xalq mahnılarının sədaları
altında ziyafət verilib.
Mədəniyyət.-
2018.- 18 may.-S.12.