Xaçmazlı
tamaşaçılar Qusar
teatrının "Pəri cadu"suna baxıblar
“Sərhədsiz teatr" festivalına qatılan Qusar Dövlət Ləzgi Dram Teatrı mayın 16-da Heydər Əliyev adına Xaçmaz Mədəniyyət mərkəzinin səhnəsində Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" əsərini təqdim edib.
Nümayişdən öncə Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru Faiq Qardaşov çıxış edərək festival haqqında tamaşaçılara bilgi verib.
Tamaşada
əsas rolları Lalə Qurbanova (Pəri
cadu) və Bağır Əhmədov (İblis) canlandırıb. Tamaşanın quruluşçu rejissoru
Əməkdar mədəniyyət işçisi
Laləzar Hüseynova, quruluşçu
rəssamı Marina Mahmudova,
musiqi tərtibatçısı Şaiq Qardaşovdur. Səhnə
əsəri maraqla qarşılanıb.
Mədəniyyət.-
2018.- 18 may.-S.8.