“Son iclas" filmi istiqlal fədailərinə
həsr olunub
Bakı Media Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə
həsr olunmuş “Son
iclas" adlı bədii-sənədli film üzərində
işlər davam edir.
Filmin 28 May - Respublika Günü ərəfəsində geniş
ictimaiyyətə təqdim
olunması nəzərdə
tutulub. Film Heydər Əliyev Fondunun dəstəyi, BP Azərbaycan
şirkətinin sponsorluğu
ilə ərsəyə
gətirilir.
Ssenari müəllifi Müsəllim
Həsənov bildirib ki, film bədii-sənədli
üslubda hazırlanır.
Ekran əsərinin adını da ehtiva edən əsas səhnə, yəni son iclas AXC Parlamentinin son iclasının
(27 aprel 1920-ci il) keçirildiyi, indiki AMEA Əlyazmalar İnstitutunun yerləşdiyi
binada çəkilir.
Çəkilişlər paytaxtla yanaşı,
bölgələrdə, tarixi
hadisələrin yaşandığı
ərazilərdə aparılıb.
Ssenari uzun illər araşdırılmamış və
ya gizli saxlanılmış arxiv sənədləri əsasında
qələmə alınıb.
Filmin rejissoru Fuad
Əlişov, quruluşçu
operatoru Rəşad Nuriyev, rəssamı Şahin Həsənlidir.
Film ehtiva etdiyi epizodlar baxımından Bakı
Media Mərkəzinin digər
tarixi ekran əsərləri kimi qismən az
öyrənilmiş, qaranlıq
qalan tarixi hadisələri əks etdirir. Cümhuriyyət qurucularının istiqlal düşmənlərinə, işğalçılara,
onların havadarlarına
qarşı son anadək
apardıqları qeyri-bərabər
və ümidsiz mübarizəsinin bədii
boyalarla əks olunduğu "Son iclas"
filmi Respublika Günü münasibətilə
kinosevərlərə hədiyyə
olacaq.
Bakı Media Mərkəzinin bu günə qədər ərsəyə
gətirdiyi "Hədəf
Bakıdır. Hitler neft uğrunda döyüşü necə
uduzdu", "Əbədi
ezamiyyət", "Bir
günəş altında"
filmləri tamaşaçılar
tərəfindən böyük
maraqla qarşılanıb.
Lalə Azəri
Mədəniyyət.-
2018.- 18 may.-S.12.