Gənc bəstəkar film musiqisi üzrə festival-müsabiqənin qalibi olub

 

   Səssiz filmləri müasir bəstəkarların musiqisi ilə maraqlı formada təqdim etmək mümkündür

   C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının "Azanfilm" studiyasında çalışan gənc bəstəkar Azər Hacıəsgərli Ukraynada "Envision Sound" kino bəstəkarlarının peşəkar inkişafı tədris proqramında iştirak edib 13 iştirakçı arasında qalib olub. Ölkəmizlə yanaşı, Ukrayna, Polşa Qazaxıstandan mütəxəssislərin qatıldığı layihə "British Council Ukrayna" təşkilatı Dovjenko kinostudiyası tərəfindən həyata keçirilib.

   Təəssüratlarını bizimlə bölüşən musiqiçi "Envision Sound" festival-müsabiqə haqqında məlumat verdi. Bildirdi ki, sırf kino musiqisinə aid belə layihə ilk dəfə keçirilirdi: "Son illər sırf kino musiqisi ilə məşğulam. Uğurlarımda dahi Qara Qarayevin tələbəsi olmuş müəllimim Aydın Əzimovun böyük dəstəyi olub. Müsabiqənin təşkilat komitəsinə simfonik əsərlərimi, kino musiqilərimi göndərdim. Ölkəmizdən bəstəkar Firudin Allahverdi qatılmışdı ikimiz müsabiqənin qalibi olduq".

   Həmsöhbətim onu da qeyd etdi ki, iştirakçılara Alla Zaqakeviç britaniyalı Maykl Prays kimi təcrübəli film bəstəkarlarının rəhbərliyi ilə həftə ərzində Ukrayna səssiz kinosu bu ölkənin gənc rejissorlarının kino layihələri üzərində musiqilər işləmək həvalə olunub: "Festival-müsabiqə çərçivəsində biz həm Ukraynada fəaliyyət göstərən kinostudiyalarda musiqinin kinoya necə sintez edilməsi prosesləri ilə tanış olduq. Montaj zamanı musiqinin işlənməsi digər prosesləri izlədik. Bütün bunlar həm cizgi, həm bədii sənədli filmlərdə bizə nümayiş olunurdu. Məlum olduğu kimi, bu gün dünyada film istehsalında müasir səs texnologiyalarına xüsusi diqqət yetirilir. Ukraynada bəstəkar səsləndirmə arasında daha bir yolun olduğunu gördük. Bu, "audiodizayn" adlanır musiqini səslə sintez edir. Sözügedən proses müəyyən effektlərlə səsi daha da gücləndirir ona əlavə rəng qatır. Azərbaycanda, hələ ki, işin bu mərhələsindən istifadə edilmir".

   A.Hacıəsgərli qeyd edir ki, müsabiqənin "ev tapşırığı" bölümündə onlar bir neçə filmə musiqi bəstələyiblər: "Mən XX əsrin əvvəllərində Ukraynada lentə alınan "Karmelyuk" filmini işlədim. Musiqi çox bəyənildi. Həm musiqini canlı olaraq alətlərlə işləmişdim. Festival onu göstərirdi ki, bu gün dünyada köhnə filmlərə böyük maraq var. Bəstəkar aranjimançılar bu filmlər üzərində mövzuya, kadra uyğun müxtəlif musiqi sintezləri edirlər. Azərbaycanda da səssiz filmləri müasir bəstəkarların musiqisi ilə maraqlı formada təqdim etmək mümkündür".

   Təmsilçimiz həmçinin iyun ayında Odessada təşkil olunacaqSəssiz gecə" ("Mute nights") festivalına da dəvət alıb: "Festival bitdikdən sonra məlum oldu ki, müsabiqənin ikinci mərhələsi olacaq bu mərhələdə 5 bəstəkar qalib seçilərək dəvət edilib. Sevindirici haldır ki, bu beşlikdə mənim adım var. Böyük Britaniya kinematoqrafçıları tərəfindən 1928-ci ildə istehsalı olunan saat yarımlıq "Underground" adlı səssiz filmə musiqi yazıram. Musiqidə fortepiano, gitara, zərb elektropiano alətlərindən istifadə olunur. Festivala qatılmaqda əsas məqsədim bu işi dərindən öyrənmək ölkəmizdə tətbiq etməkdir. İstərdim ki, bizdə də bu sahəyə maraq yaransın".

   Gənc bəstəkarın Azərbaycanda kino musiqisi sahəsindəki vəziyyət barədə fikrinisoruşuram. O, zəngin kino bəstəkarlığı ənənəsi olan ölkəmizdə rejissorların bu istiqamətə marağının azaldığını deyir: "Azərbaycan filmlərində musiqinin həmişə layiqli yeri olub. İndi bəzən rejissorlar kinoda musiqiyə qeyri-ciddi yanaşırlar. Çox vaxt filmlərdə hazır musiqilərdən istifadə olunur. Bu, müəllif hüquqlarını pozmaqla bərabər, ölkəmizdə kino bəstəkarlığının inkişafına da mane olur. Amma dünyada belə bir tendensiya yoxdur. Ötən əsrin 60-80-ci illərində Azərbaycanda istehsal olunan filmlərə nəzər salanda görürük ki, Qara Qarayev, Cahangir Cahangirov, Xəyyam Mirzəzadə, Tofiq Quliyev kimi görkəmli bəstəkarlarımız film musiqisi sahəsində sanki rəqabət aparıblar. Nəticədə unudulmaz kino musiqilərimiz yaranıb. Son illər elə bil rejissorlar bəstəkarlara etibar etmirlər".

   Hazırda "Azanfilm"də bir neçə cizgi filmi üzərində işləyən gənc bəstəkara yeni yaradıcılıq uğurları arzulayırıq.

  

   Lalə

 

Mədəniyyət.- 2018.- 18 may.-S.10.