Küveytdə Cümhuriyyətin
100 illiyinə həsr edilmiş konsert
Küveytin paytaxtı Əl Küveyt şəhərində Azərbaycanın bu ölkədəki səfirliyinin, Küveytin Mədəniyyət, İncəsənət və Ədəbiyyat Milli Şurasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib. Tədbirdə Küveytin dövlət naziri Adil Əl Xurafi və Küveyt əmirinin nəvəsi Şeyx Talala iştirak ediblər.
Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) "Baku Chamber Orchestra" Gənclər kamera orkestri və tanınmış musiqiçilər çıxış ediblər. Orkestrin bədii rəhbəri BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylidir.
Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə baş tutan konsertdə solistlər qismində Xalq artisti, pianoçu Yeganə Axundova, Xalq artisti, xanəndə Mənsum İbrahimov, əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov, gənc ifaçılar - beynəlxalq və respublika müsabiqələri laureatları - Mahir Tağızadə, Ümidə Abbasova, Aytən İbrahimova, Fuad Əlizadə, Sədəf Budaqova iştirak ediblər.
Orkestrin
ifasında Qara Qarayev,
Fikrət Əmirov, Niyazi, Tofiq
Quliyev, Aqşin
Əlizadə, Antonio Vivaldi
və Fərhad Bədəlbəylinin əsərləri
yüksək peşəkarlıqla səsləndirilib və
alqışlarla müşayiət olunub.
Mədəniyyət.-
2018.- 18 may.-S.12.