Muzey işi sahəsində çalışanlara
fəxri ad verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də
muzey işi sahəsində çalışan
bir qrup şəxsə "Əməkdar
mədəniyyət işçisi"
fəxri adının
verilməsi haqqında
sərəncam imzalayıb.
Sərəncama əsasən,
ölkəmizdə muzey işi
sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə
görə aşağıdakı şəxslərə
"Əməkdar mədəniyyət işçisi"
fəxri adı verilib: Axundova Aida
Xalıq qızı, Bağırova Qəmər Seyfəddin
qızı, Balayeva Təranə Əhməd
qızı, Bayramov Rza
Rafiq oğlu, Bəkirova
Nahidə Ellaz qızı, Əhmədova
Tünzalə Həmid qızı, Ələkbərova Səadət
Cahangir qızı, Hacıyev Akif Bağır oğlu, İbrahimov Kamil Fərhad
oğlu, Orucəliyev Ramil
Əli oğlu, Şadlinskaya
Xanım Nazim qızı, Tağıyeva
Əntiqə Rəhim qızı.
Mədəniyyət.- 2018.- 23 may.-
S.2.