Dahi bəstəkarın 100 illiyinə həsr olunan musiqi axşamı
Mayın 22-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr edilmiş orqan musiqisi axşamı keçirildi.
Əvvəlcə Əməkdar incəsənət xadimi Həcər Babayeva çıxış edərək dahi bəstəkarın Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələrdən danışdı. O, həmçinin Əməkdar artist Rəna İsmayılovanın ifaçılıq fəaliyyəti haqqında məlumat verdi.
Sonra Rəna İsmayılovanın ifasında konsert proqramı təqdim olundu.
Proqramda Qara Qarayevin "Zamanın bayraqdarı", "Don Kixot" simfonik qravürlərindən iki fraqment, Vasif Adıgözəlovun "Muğam-fantaziya", Aqşin Əlizadənin "Muğam sədaları", Fərhəng Hüseynovun "Mərasimlər" (I hissə) əsərləri səsləndirildi. Eləcə də Elnarə Dadaşovanın "Süsən-sünbül" mövzusunda variasiyalar, İlyas Mirzəyevin "Der Sonnenaufgang", Cəlal Abbasovun "Qara Qarayevin xatirəsinə postlüdiya" və Firəngiz Əlizadənin "Fantaziya" əsəri ifa olundu.
Konsert
proqramı orqan musiqisi
həvəskarları tərəfindən alqışlarla
qarşılandı.
Mədəniyyət.- 2018.- 23 may.-
S.2.