“Arşın mal alan"
operettası əsasında
tamaşa hazırlanıb
Bakı Xoreoqrafiya Akademiyasında
(BXA) Üzeyir Hacıbəylinin
"Arşın mal alan" operettası əsasında hazırlanmış
"Xoşbəxt evliliyin
qaydaları" adlı
tamaşaya daxili baxış keçirilib.
BXA-nın baş
müəllimi, Xalq artisti Yusif Qasımovun
quruluşunda hazırlanan
tamaşa musiqi tərtibatı və bədii dekorasiyası ilə seçilir.
Tamaşada BXA-nın tələbələri
Surac Qurbanov (Əsgər), Nərmin Quliyeva (Gülçöhrə),
Samirə Babayeva (Asya), Qulu Quluzadə
(Süleyman), Fatimə
Alimova (Telli), Tehran Mustafayev (Vəli), Lalə Aslanova (Cahan xala), Elnur
Hüseynli (Soltan bəy) çıxış
edirlər.
Daxili baxış yekunlaşdıqdan
sonra BXA-nın rektoru, professor Timuçin
Əfəndiyev fikirlərini
bildirərək qeyd edib ki, Üzeyir
Hacıbəyli Azərbaycan
musiqisində köklü
dönüş yaratmış
dahi bəstəkardır.
O, Azərbaycan milli musiqisini və ümumiyyətlə, Şərq
musiqisinin gələcək
inkişaf perspektivlərini,
estetik prinsiplərini müəyyənləşdirib.
Operettanın tarixindən də qısa məlumat verən rektor bildirib ki, Üzeyir
Hacıbəyli "Arşın
mal alan"ı
1913-cü ildə Sankt-Peterburq
Konservatoriyasında təhsil
alarkən yazıb. Dünyanın üç
qitəsində dolaşan
"Arşın mal alan" operettasına
1945-ci ildə eyniadlı
kinokomediya ekranlaşdırılıb
və xarici filmlər arasında seçilən "100 sevimli
film" siyahısına daxil
edilib.
Rektor tələbələrin təqdim etdiyi tədris tamaşasının
zövqlə hazırlandığını
vurğulayıb, premyeraya
qədər ifaçılıq
texnikası və aktyorluq sənəti baxımından mövcud nöqsanların aradan qaldırılmasını tövsiyə
edib.
İyunun
4-də Azərbaycan Dövlət Musiqili
Teatrında baş tutacaq
tamaşanın premyerası Xalq
Cümhuriyyətinin 100 illiyinə həsr olunub.
Mədəniyyət.- 2018.- 23 may.-
S.10.