MDB ölkələri gənclərinin
mədəniyyət forumu
Müstəqil Dövlətlər Birliyində "Mədəniyyət ili" çərçivəsində 13-16 may 2018-ci il tarixində Rusiya Federasiyasının Tula şəhərində "Gələcəyə istiqamətlənmiş birlik: mədəniyyət, ənənələr, müasirlik" mövzusunda MDB gənclərinin mədəniyyət forumu keçirilib.
Tədbirdə Mədəniyyət Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin məsləhətçisi Vüqar Baxışov, Azərbaycan Dövlət Rus Dram Teatrının rejissoru Tural Mustafayev, Dövlət Rəqs Ansamblının konsertmeysteri, Əməkdar artist Vüqar Camalzadə, Azərbaycan Dövlət Rəsm Qalereyasının şöbə müdiri Əminə Manafova, Milli Konservatoriyanın tələbələri, Prezident təqaüdçüləri Nicat Məsimov (balaban) və Nihat Orucov (milli vokal), habelə ölkəmizin Rusiyadakı səfirliyinin əməkdaşı Vüqar İmaməliyev iştirak edib.
Forumun sessiya
iclaslarında MDB-də mədəniyyət ili:
tendensiya və perespektivlər, mədəniyyət
sahəsində könüllülük, gələcəyin
şəhərləri, musiqi, teatr, rəqəmsal mədəniyyət və
digər məsələlərlə bağlı müzakirələr
aparılıb, görüş və bədii proqramlar təşkil olunub.
Ölkələrin nümayəndə heyətlərinin tərkibinə
qatılmış gənc istedadlar Tula vilayətinin Venev rayonunda Mədəniyyət mərkəzinin
açılışında iştirak edərək
milli musiqi, rəqs, vokal sənətindən nümunələr
göstəriblər.
Mədəniyyət.- 2018.- 23 may.-
S.7.