Kitab bayramları mütaliə mədəniyyətinin inkişafına xidmət edir

 

 

 

   Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Prezident yanında Bilik Fondunun Nardaran Bilik evi və “Azərkitab" Kitab təbliğatı mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş kitab bayramı keçirilib.

   Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova tədbiri açıq elan edərək kitabın gənc nəslin tərbiyəsində rolundankitaba həsr edilən tədbirlərin əhəmiyyətindən bəhs edib.

   Kitab bayramına rayon Mərkəzi kitabxanası və kitabxana filialları, rayonda yerləşən məktəblər, mədəniyyət evləri, musiqi məktəbləri qatılıblar. "Parlaq imzalar", "İpək yolu", "Xan", "Hədəf" nəşrlər evi, "Üçbucaq" kitab evi, "Çinar yayımları", "Azərkitab" nəşriyyat mərkəzi və digərləri Azərbaycan və xarici ölkə yazıçılarının əsərlərinin satış-yarmarkasını təşkil ediblər, iştirakçılara Azərbaycan, ingilisrus dillərində kitablar hədiyyə olunub.

  

   Lalə

 

Mədəniyyət.- 2018.- 23 may.- S.7.