Nəğmə dolu ocaqda bir gün 

 

   Mayın 18-də Beynəlxalq muzeylər günü münasibətilə Üzeyir Hacıbəylinin ev-muzeyində "Nəğmə dolu ocaqda bir gün" adlı konsert oldu.

   Tədbiri muzeyin şöbə müdiri Gülnarə Ələsgərova açaraq dünyada muzeylərin yaranma tarixi, UNESCO-nun muzeylərlə bağlı qəbul etdiyi qərarlar onların əhəmiyyətindən söz açdı. Sonra Üzeyir Hacıbəylinin ev-muzeyi barədə ətraflı məlumat verdi.

   Qeyd olundu ki, Azərbaycan professional musiqisinin banisi, Şərqin ilk operasının ("Leyli Məcnun"), Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası), ilk simli kvartetin, ilk dövlət xorunun, ilk xalq çalğı alətləri orkestrinin yaradıcısı dövlət himnimizin bəstəkarı olan Üzeyir Hacıbəyli 1915-1942-ci illərdə bu evdə yaşayıb. Dahi bəstəkar bu evdə bir çox əsərlərini, o cümlədən "Koroğlu" operasını bəstələyib.

   Bildirildi ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda bəstəkarın yaşadığı evdə muzeyi yaradılıb 20 noyabr 1975-ci ildə muzeyin təntənəli açılışı keçirilib. Muzeyin tərtibatında hazırlanmasında Xalq rəssamı Kazım Kazımzadənin memar Eduard Kruikinin böyük əməyi olub.

   Çıxışdan sonra bədii hissəyə keçildi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri Elşən Abbaszadə, Aydan Quluzadə, Lalə Ağayeva, həmçinin Asəf Zeynallı adına Musiqi Kollecinin tələbəsi Solmaz Rəhimova başqalarının ifasında Üzeyir bəyin "Arşın mal alan" musiqili komediyasından qızların xoru, "Cəngi", "Fantaziya", Qara Qarayevin piano üçün "Tsarskoe selo heykəli" lövhəsi, habelə "Naxçıvani" aşıq havası digər musiqi nömrələri səsləndirildi. Tədbirdə həmçinin Binəqədi rayonundan məktəblilərin ifaları da dinlənildi.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2018.- 23 may.- S.8.