"Azərbaycanın Rus İcması" 25 yaşını qeyd edib

 

 

   Respublikamızda yaşayan 120 mindən artıq etnik rusları birləşdirən "Azərbaycanın Rus İcması" İctimai Təşkilatının yaranmasının 25 illiyi münasibətilə bir sıra bayram tədbirləri keçirilib.

   Mayın 19-da Heydər Əliyev Sarayında keçirilən təntənəli konsert üç yubileyə - təşkilatın 25 illiyinə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilib. Konsertdə vokalçılar Nina Makarova və Hidayət Əliyevin, "İqray qarmon", "Rovesnik", "Lalələr" folklor ansambllarının çıxışı böyük maraqla qarşılanıb.

   Bayram tədbirində Rusiyanın Sankt-Peterburq şəhəri Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun başçılığı ilə nümayəndə heyəti, Sankt-Peterburq qubernatorunun milli məsələlər üzrə müşaviri Vaqif Məmişov, Krasnodar şəhərinin meri Yevgeni Pervışov, RF Federasiya Şurasının üzvləri və Dövlət Dumasının deputatları, Rusiyanın ölkəmizdəki səfirliyinin və "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

 

Mədəniyyət.- 2018.- 23 may.- S.15.