Göyçayda “Əbədiyaşar ədiblər" abidə kompleksi yaradılıb

 

 

   Göyçay rayonunda Azərbaycanın şair və yazıçılarının xatirəsinin əbədiləşdirilməsi üçün abidə kompleksi inşa edilib.

   Əli Kərim adına Göyçay şəhər parkında bir ildir ki, aparılan əsaslı yenidənqurma işləri başa çatıb. Vaxtilə parkın ərazisində dəfn edilən tanınmış şair Əli Kərim, İsgəndər Coşqun və Əli Səmədlinin məzarları bərpa edilib, mərmərdən hazırlanan baş və sinə daşları qoyulub, ətrafı abadlaşdırılıb. Görkəmli şair Əli Kərimin heykəli parkın mərkəzinə gətirilərək bərpa işləri görülüb, ətrafına mərmər daşlar düzülüb.

   Parkın ərazisində inşa edilən "Əbədiyaşar ədiblər" kompleksində Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Xurşudbanu Natəvan, Mirzə Ələkbər Sabir, Nigar Rəfibəyli, Rəsul Rza, Hüseyn Cavid, Mikayıl Müşfiq, Mircəlal Paşayev, Səməd Vurğunbaşqa ədiblərin büstləri qoyulub, kitab abidəsi tikilib.

 

Mədəniyyət.- 2018.- 23 may.- S.11.