Azərbaycanlı rejissorun filmi Türkiyədə
mükafat qazanıb
Cəfər Cabbarlı adına
"Azərbaycanfilm" kinostudiyasının
nəzdində fəaliyyət
göstərən "Gənc
sinemaçılar klubu"nun
üzvü, rejissor Ərturan Nəcəfi Gölün "Səs"
filmi Türkiyədə
keçirilən 6-cı Kayseri Beynəlxalq film festivalında
"Qızıl çinar"
- ən yaxşı qısametrajlı film mükafatına
layiq görülüb.
Kinostudiyadan
bildirilib ki, filmin rejissor və ssenaristi Ərturan Nəcəfi Göl, operatoru Mehdi Meyməndi, prodüseri
Fariz Əhmədovdur.
Mədəniyyət.- 2018.- 25 may.-
S.4.