"Unudulmaz" filmi Ankarada nümayiş olundu

 

 

   Mayın 23-də Azərbaycanın Ankaradakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə "Unudulmaz" sənədli filminin təqdimatı keçirildi.

   Mərasimdə səfir Xəzər İbrahim Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndələri, iki ölkənin siyasət, elm mədəniyyət xadimləri, Ankarada təhsil alan azərbaycanlı gənclər, diaspor təmsilçiləri iştirak edirdi.

   İştirakçılar əvvəlcə ulu öndərin 95 illiyinə həsr olunan fotosərgi böyük dövlət xadiminin həyat fəaliyyətindən bəhs edən kitablarla tanış oldular.

   Daha sonra ümummilli lider Heydər Əliyevin həyatının son dövründən bəhs edən "Unudulmaz" filmi nümayiş olundu.

   Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Hikmət Çətin ümummilli lider Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşdülər.

   Səfir Xəzər İbrahim Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ümummilli lider Heydər Əliyevin tarixi xilaskarlıq missiyasından söz açdılar.

   "Lider" televiziyası tərəfindən ərsəyə gələn "Unudulmaz" filmi ümummilli liderin Amerika Birləşmiş Ştatlarının Klivlend klinikasında müalicə aldığı dövrdən bəhs edir. Ekran əsərinin ssenari ideya müəllif, jurnalist Elnur Niftəliyevdir. O, filmin Ankarada təqdim olunmasının əhəmiyyətini vurğulayaraq bildirdi ki, Azərbaycan ilə Türkiyə arasında olan qardaşlıq səmimi dostluq münasibətləri beynəlxalq aləmdə nadir hadisədir. Bu sarsılmaz, dərin tarixi köklərə söykənən münasibətlərin inkişafında Heydər Əliyevin misilsiz xidmətləri var.

   Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrin əks olunduğu ekran əsərində eyni zamanda, nadir arxiv kadrlarından da istifadə edilib. Xatırladaq ki, "Unudulmaz" sənədli filmi bundan əvvəl Bakıda, Daşkənddə Vaşinqtonda təqdimat olunub.

  

   Mehparə Sultanova

   Ankara

 

Mədəniyyət.- 2018.- 25 may.- S.5.