Cümhuriyyətin 100 illiyinə həsr edilmiş kitab

 

 

   Tarix üzrə fəlsəfə doktoru, Lənkəran Dövlət Humanitar Kollecinin müəllimi Cəmil Quliyevin "Qafqaz Arxeoqrafiya Komissiyasının aktları Şimali Azərbaycanın Rusiya tərəfindən işğalını öyrənmək üçün mənbə kimi" monoqrafiyası nəşr olunub.

   Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə çap olunan kitabda müəllif 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələri zamanı tarixi Azərbaycan torpaqlarının İranÇar Rusiyası arasında ikiyə bölünməsini faktlarla diqqətə çatdırır.

   Kitabın redaktoruön söz müəllifi Bakı Dövlət Universitetinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, tarix üzrə elmlər doktoru, professor Anar İsgəndərovdur.

  

   Zəfər Orucoğlu

   Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Mədəniyyət.- 2018.- 25 may.- S.6.