Sinif yoldaşları ad gününə
yığışır və...
Sakit... Məşq gedir!
Heç sinif yoldaşlarınızla illər sonra baş tutacaq görüşün həyəcanını yaşamısınız? Əslində bu həyəcanı daha çox iri şəhərlərdə yaşayanlar hiss edir. Necə olsa, uşaqlıq dostlarını daha gec-gec görürsən, onların məktəbdən sonrakı taleyindən seyrək xəbər tutursan, amma kənddə, qəsəbədə, az qala hamının bir-birini tanıdığı kiçik şəhərində də bu həyəcan çox üzücü olmasın gərək... Əgər bu sinfin uşaqlarının demək olar ki, hamısı eyni şəhərdə yaşayırsa, dostlar ara-sıra görüşürlərsə. Yox, əgər sinfinizdəki ən zəkalı, ən istedadlı şagirdin bomj vəziyyətinə düşdüyünün, müəllimlərin ən az gözləntisi olanın da cəmiyyətdə çox yüksək pilləyə qalxdığının, sinfin ən gözəl və əlaçı qızının ən bədbəxt qadın olduğunun və yoxsulluğun astanasına yetişdiyinin fərqindəsinizsə, vəziyyət dəyişir, həmin görüşün mənası da, intizarı da bambaşqa olur...
Elə bilməyin ki, sizə öz sinif yoldaşlarımdan kiminsə başına gələn əhvalatdan söz açmaq niyyətim var. Sadəcə, Akademik Milli Dram Teatrının salonunda əyləşib səhnəyə baxa-baxa bu fikirlər ağlıma gəldi... Səhnədə tanınmış rus yazıçı-dramaturqu, publisisti Yuri Polyakovun "Sinif yoldaşları" pyesi əsasında hazırlanan ìMəzunlarî tamaşasının məşqi gedir. Quruluşçu rejissor Azərpaşa Nemətov da, tamaşanın rejissoru Anar Babalı da məşqi saxlamırlar. Eləcə, Azərpaşa müəllim sözünü unudan, mizanı çaşdıran aktyorlara qısa göstəriş verir, Anar gözəçarpan nöqsanları dəqiqə hesabı ilə noutbukdakı cədvələ yazır, səhnə arxasında dayanmış rejissor assistenti Ceyran Həsənli də arada səhnəyə çıxıb xırda yanlışlıqlara "əl gəzdirir".
- Səhər mağazaya gedirdim, gördüm ki, mühafizəçilər məni saxladılar. Dedilər ki, xanım, hara gedirsiz, dedim ki, hara gedəcəyəm, öz evimə! İnanmadılar!
- Buraxmadılar?
- Buraxdılar! Amma çantamı da ələk-vələk elədilər!..
- Partlayışdan qorxurlar...Ö
- Niyə?.. Hansı partlayışdan?
- Terroristlərdən
qorxurlar daÖ
- Eh, terroristlərdən
yox, sosial ədalətsizlikdən qorxmaq
lazımdır!.. Əvvəllər bir milis işçisi bir boş qobura ilə böyük bir rayonu idarə
edirdi, amma indi universitet, məktəb, hətta uşaq bağçası
mühafizəçilərlə doludur. Sual olunur: nədən özünüzü mühafizə
edirsiniz? Deyəcəklər
ki, xalqdan! Amma xalq ayağa
qalxsa...Ö
- Yox, Yevgeniya Petrovna, xalq ayağa qalxmayacaq. Xalq ağıllanıb. Başa düşür ki, nə qədər
çox ayağa qalxsa, bir o qədər
çox əziyyət
çəkəcək...
ìMəzunlarî
iki nəslin nümayəndəsi arasında
belə bir kəskin ruhlu söhbət ilə başlayır. Yevgeniya Petrovna (Xalq
artisti Səidə Quliyeva) bir zaman
öz oğlu ilə eyni sinifdə
oxumuş, indisə orta məktəbdə ədəbiyyat müəllimi
olan Svetlana (Əməkdar
artist Sənubər İsgəndərli)
ilə birlikdə Əfqanıstan müharibəsindən
iflic vəziyyətdə
qayıtmış oğlu
Vaneçkanın (Mətləb
Abdullayev) 40 yaşına
hazırlaşır. Bu
gün illərdən
bəri görüşməyən
bir sinfin uşaqları Vaneçkanın
doğum gününə
yığışacaqlar. Avstraliyaya köçüb
getmiş yəhudi
Boris Lipovetskinin (Xalq artisti Cəfər Namiq Kamal), şəhərin
ən bərk gedən oliqarxı Çermetovun (Əməkdar
artist Füzuli Hüseynov),
gənc qız ikən vilayət gözəllik müsabiqəsində
qalib gəlmiş, amma illər ötəndən sonra da özünü gözəllik kraliçası
sayan Annanın (Əməkdar artist Şəlalə
Şahvələdqızı), səfil həyat yaşayan Fyodor Stroçkovun
(Xalq artisti Ramiz Novruz) da
bu məclisə qatılacağını nəzərə
alsaq, tamaşaçının
çox maraqlı əhvalatın şahidi olacağı gözləniləndir.
Əsərin məzmununu danışmaq
fikrindən uzağıq.
Çünki bizim seyr etdiyimiz məşq prosesində ìMəzunlarîın
bir tamaşa olaraq hədəfi, məqsədi bəlli olsa da, hər
məşqlə kiçik
nöqsanların bir qədər də aradan qaldırılması,
mizanların, obrazları
dolğunlaşdıran ikinci
planların cilalanması
davam edir.
Nəhayət, birinci hissə
başa çatır.
Azərpaşa müəllim aktyorları
salona dəvət edir və "Kimin nə sualı
var, kim nə demək istəyir" deyibən üzünü tamaşanın
iştirakçılarına tutur.
Əməkdar
artist Füzuli Hüseynov:
- Şəxsən
mən özümdən
narazıyam. Mətni
özümünküləşdirib öyrənmək istədim,
amma əzbərləmədiyim
üçün bəzən
sözləri unuduram...Ö
Xalq artisti Ramiz Novruz:
- Mən Vaneçkanın əlil arabasına söykənib
ürəyimi ona boşaldanda arxada, süfrə arxasına yığılanların səsi
mənə mane olur...
Xüsusən də, qızların.
Bəlkə onlar eləcə hərəkət
etsinlər, amma səsləri gəlməsin?..
Quruluşçu
rejissor və tamaşanın müəllifi,
həm də quruluşçu rəssamı
Azərpaşa Nemətov
bütün aktyorların
fikirlərini dinləyir
və öz düzəlişlərini verir:
- ... Boryanın
geyimini dəyişmək
lazımdır. Kostyum çox
rəsmidir, onun geyimində Avstraliyanın
azadlığı, rəngləri
hiss olunmalıdır.
- ÖFedyanın
əyninə geydiyi idman kostyumunu da dəyişin. Çünki Səidə xanım
deyir ki, Vaneçkanın idman geyimini sənə bağışlayıram, amma
bu dəst elə bil Ramizin
əyninə biçilib.
Mətləbin ölçüsündə olmalıdır ki, tamaşaçı Fedyanın
özgə paltarı
geyindiyinə inansın.
- ...Tapşırmışdım
ki, Olyanın (İlahə Həsənova)
saçı təkcə
yaşıl rəngdə
olmasın, qırmızı,
sarı tellər taxın. Onun şalvarı da
klassik cins yox, indiki uşaqların
xoşladığı kimi
cırıq-cırıq olmalıdır.
Olyanın gözəlliyinə xələl vurmadan onu tutuquşu kimi alabəzək etmək lazımdır.
Çünki anasının şikayəti,
onun davranışı
geyim tərzi ilə tamamlanmalıdır.
ÖAktyorlar 15 dəqiqəlik fasiləyə çıxırlar.
Biz isə Xalq artisti, teatrın bədii rəhbəri və direktoru Azərpaşa Nemətovdan
"Sinif yoldaşları"
pyesinin seçimi ilə bağlı sualımıza cavab verməyi xahiş edirik:
- "Sinif yoldaşları" pyesinin müəllifi Yuri Polyakov bu gün
Rusiyada və Rusiyadan kənarda çox məşhur yazıçı-dramaturqdur. Mədəniyyət Nazirliyindən təklif
ediləndə ki bizim teatrda da
(2016-cı ildə Azərbaycan
Dövlət Rus Dram Teatrında Y.Polyakovun
"Xalam-bundu" komediyası
səhnələşdirilib - müəl.) onun əsəri tamaşaya qoyulsun, seçim olaraq "Sinif yoldaşları" pyesinin
üzərində dayandıq.
Bu əsər aktuallığı ilə
diqqətimizi cəlb etdi. Əfqanıstan müharibəsi əlilinə
münasibət bir tərəfdən, cəmiyyətdəki
təbəqələşmənin köhnə dostlara necə təsir etməsi də digər tərəfdən.
Yəni ìMəzunlarî ən
müxtəlif bucaqlardan
baxdıqda aktuallığını
itirməyən əsərdir.
***
...Tamaşanın ikinci hissəsinə baxırıq. Məşq başa çatdıqdan sonra Azərpaşa müəllim elan edir ki, növbəti məşq axşam saat 7-də başlayacaq. Yəni iştirakçıların bir neçə saat dincəlib, istirahət vaxtı da öz rolları üzərində düşünmək, rol dəftərinə baxıb mətni təkrarlamaq imkanı var.
Biz isə tamaşanın yaradıcı heyətinə "yorulmayasınız, sağlıq olsun, premyerada görüşərik" deyib ayrılırıq. Tamaşaçıları deyə bilmərik, amma məşqi izlədiyimiz üçün biz premyeranı daha maraqla gözləyirik. Hər necə olsa, hazırlıq prosesindən, aktyorların öz roluna münasibətindən və tamaşanın məqsədindən xəbərdarıq. Bayaqdan bəri söylədiklərimizə bircə bunu da əlavə edək ki, tamaşanın bəstəkarı Siyavuş Kərimi, rejissorları Anar Babalı və Əlif Cahangirlidir. Pyesi Azərbaycan dilinə Etimad Başkeçid çevirib. Yazıda adını çəkdiyimiz aktyorlarla yanaşı, tamaşada Rövşən Kərimduxt, Rüstəm Rüstəmov, Vüsal Mustafayev, Ziya Ağa, Vüsal Məmmədov və Mehman Fətullayev də məşğuldur.
Gülcahan
Mirməmməd
Mədəniyyət.- 2018.- 25 may.-
S.7.