"Qafqaz
üçlüyü" filmi yalan, iftira,
siyasi konyunktura əsasında
qurulub
Rüstəm İbrahimbəyovun siyasi kursu, onun ermənipərəst mövqeyi artıq 2009-cu ildən özünü büruzə verir. Bu sözləri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi Cəmil Quliyev Rüstəm İbrahimbəyovun rejissoru olduğu "Qafqaz üçlüyü" filminə münasibət bildirərkən deyib.
"Rüstəm
İbrahimbəyov Azərbaycan Kinematoqrafçılar
İttifaqında işlədiyi zaman öz dağıdıcı siyasəti ilə
yadda qalıb. Vaxtilə biz
bir qrup
kinematoqrafçı buna etiraz
əlaməti olaraq, o
qurumdan çıxdıq və yeni ittifaq yaratdıq. Həmin
vaxtdan etibarən bu
insanın mövqeyinə qarşı, ermənipərəst əməllərinə
qarşı mübarizə aparmışıq. Qeyd etmək istərdim ki,
onun yaradıcılığında həmin
dövrdən bu günədək
qırmızı bir xətt keçir. Məsələn, onun
ekranlaşdırdığı "Əlvida, cənub şəhəri"
filmində analoji mövqeyi
hiss olunur. Bu insanın bütün
strategiyası Azərbaycan xalqını aşağılamaq məqsədi
daşıyır. "Qafqaz üçlüyü" filmi
başdan-ayağa yalan,
iftira, eyni zamanda siyasi konyunktura əsasında qurulub.
Filmdə Rüstəm İbrahimbəyov qeyri-vətəndaş
mövqeyindən çıxış edir,
özünə siyasi dividend
qazandırır. Bütün bunlar da düşmənin
dəyirmanına su tökməkdir", -
deyə C.Quliyev söyləyib.
Mədəniyyət.- 2018.- 25 may.-
S.10.