Regional idarənin Xalq çalğı alətləri
orkestrinin müşayiəti ilə
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xalq çalğı alətləri orkestri Xırdalandakı Mədəniyyət mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim edib.
Əvvəlcə Cümhuriyyətə həsr edilən film nümayiş olunub.
Sonra Xalq
artisti Alim Qasımov,
qızı Əməkdar artist Fərqanə
Qasımova, muğam ifaçısı, əməkdar
artistlər Ehtiram Hüseynov
və Təyyar Bayramov, eləcə də
Tural Salmanov, Səməd
Xasıyev və digər müğənnilər maraqlı konsert proqramı ilə çıxış
ediblər. İfaçıları regional
idarənin Xalq çalğı alətləri
orkestri müşayiət edib.
Orkestrin dirijoru Əməkdar
mədəniyyət işçisi Vaqif Süleymanov, xor kollektivinin dirijoru isə Firəngiz Xəlilovadır.
Mədəniyyət.- 2018.- 25 may.-
S.16.