Xətai rayonunda kitab sərgi-yarmarkası keçirilib
Mayın 23-də
Xətai rayonundakı
Heydər Əliyev parkında ulu öndərin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubileylərinə
həsr edilən kitab sərgi-yarmarkası təşkil olunub.
Tədbir Bakı Şəhər Mədəniyyət Baş
İdarəsi, Xətai
Rayon İcra Hakimiyyəti,
M.Ə.Sabir adına Şəhər Kütləvi
Kitabxanası və Xətai Rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin birgə təşkilatçılığı
ilə reallaşıb.
Rayon İcra
Hakimiyyətinin şöbə
müdiri Pənah İmanov və Bakı Şəhər Mədəniyyət Baş
İdarəsinin rəis
müavini Nazim Əliyev çıxış
edərək tədbirin
əhəmiyyətindən söz açıblar.
Bildirilib ki, ənənəvi olaraq hər il keçirilən
kitab bayramlarının
məqsədi müasir
texnologiyaların və
informasiyanın geniş
yayıldığı dövrdə
gənclərin mütaliəyə
marağının artırılması,
maarifləndirilməsi və
kitabların təbliğinə
nail olmaqdır. Builki sərgi-yarmarkada
30-dək nəşriyyat və
poliqrafiya evi çap məhsullarını
nümayiş etdirir.
Sonra qonaqlar sərgi-yarmarkalarla
yaxından tanış
olublar. Tədbir konsert proqramı
ilə davam edib.
Mədəniyyət.- 2018.- 25 may.-
S.9.