"Həsrət
üzəngilərinə elegiya"
Gənc Tamaşaçılar Teatrının rəssamı
Elşən Sərxanoğlu "Azərbaycan Xalq Cümhuriyyəti
ili" münasibətilə yaratdığı əsərlərini
İstiqlal Muzeyinə və AMEA-nın Milli Azərbaycan Tarixi
Muzeyinə hədiyyə edib.
Teatrın mətbuat xidmətindən bildirilib ki, hər
iki əsər muzeylərin ekspozisiyasında nümayiş
olunur.
Rəssamın İstiqlal Muzeyinə
bağışladığı "Həsrət üzəngilərinə
elegiya" triptixi Cümhuriyyətin və Qafqaz İslam
Ordusunun 100 illiyi münasibətilə Mədəniyyət
Nazirliyi, Türkiyənin ölkəmizdəki səfirliyi,
Bakı Yunus Əmrə İnstitutu və Bakı Türk Mədəniyyəti
Mərkəzinin birgə təşkilatçılığı
ilə keçirilən fotosərgidə təqdim edilib.
Elşən Sərxanoğlunun müəllifi olduğu
"İstiqlal müjdəçisi" adlı heykəl isə
Milli Azərbaycan Tarixi Muzeyində Cümhuriyyətin 100 illiyi
münasibətilə sərgidə nümayiş olunub. Hər
iki əsərdə rəssam Azərbaycanın
istiqlalını, qələbəsini və mübarizliyini təsvir
edib.
Mədəniyyət.- 2018.- 30 may.- S. 6.