Şanlı
tarixə həsr edilmiş tədbir
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının
100 illik yubileyi çoxsaylı tədbirlərlə,
böyük təntənə ilə qeyd edilir. Cümhuriyyətə
həsr edilmiş tədbirlərdən biri də Respublika Mədəniyyət
Müəssisələri İşçilərinin
Hazırlıq və İxtisasartırma Mərkəzində təşkil
edilib.
Mərkəzin direktoru Ramazan Şabanov tədbiri
giriş sözü ilə açaraq şanlı tarixin
önəmindən bəhs edib. Mərkəzin əməkdaşı
Rəfiqə Nəsirovanın Cümhuriyyətin
yaranmasına, o illərin mədəni yüksəlişinə
dair məruzəsi dinlənilib.
Sonra Bakı Media Mərkəzində ərsəyə gələn
və Cümhuriyyət qurucularının mühacirət
taleyindən bəhs edən "Əbədi ezamiyyət"
sənədli-bədii filmi nümayiş olunub.
Mədəniyyət.- 2018.- 30 may.- S. 6.