Musiqi
məktəbinin yubiley konserti
Bakı Şəhər Mədəniyyət
Baş İdarəsinin 11 nömrəli onbirillik Musiqi məktəbinin
60 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Konsert məktəbin xalq çalğı alətləri
orkestrinin ifasında Ü.Hacıbəylinin
"Koroğlu" operasından "Uvertüra" ilə
başlayıb. Sonra şagirdlər "Heyratı" zərb
muğamını, Azərbaycan və dünya bəstəkarlarının
əsərlərini səsləndiriblər. Sazçalanlar
ansamblı "Şirvan gözəlləməsi"ni,
nağaraçalanlar isə "Azərbaycan ritmləri"ni
təqdim ediblər. Məktəbin xor kollektivi R. Hacıyevin
"Bakı haqqında mahnı"sını məharətlə
ifa edib.
Baş idarənin rəisi Vüqar Zeynalov konsertdən
sonra çıxış edərək əlamətdar gün
münasibətilə kollektivi təbrik edib, məktəbin fəal
müəllimlərini fəxri fərmanlarla təltif edib. Məktəbin
direktoru Rövşən Məmmədov təhsil
ocağının fəaliyyəti haqqında qısa məlumat
verib, respublika və beynəlxalq müsabiqələrdə əldə
olunan nailiyyətlərdən danışıb, göstərilən
diqqətə görə təşəkkürünü
bildirib.
Mədəniyyət.- 2018.- 30 may.- S. 3.