"Canlı
miras"
Qarabağ
atları latviyalı rəssamın tablolarında
Mayın 30-da Muzey Mərkəzində Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi və Latviyanın
Azərbaycandakı səfirliyinin təşkilatçılığı
ilə latviyalı rəssam Datse Ştrausanın "Canlı
miras" adlı fərdi sərgisi açılacaq.
Sərgi Azərbaycan Xalq Cümhuriyyətinin və
Latviya Respublikasının 100 illik yubileylərinə həsr
olunub. Sərginin mövzusu isə latış rəssam Datse
Ştrausanın tablolarında təqdim olunan Azərbaycanın
Qarabağ cins atlarına həsr edilib.
Datse Ştrausa ixtisasca zoomühəndisdir. Əsərlərində
müxtəlif rəng və cinslərdən olan atların təsvirini
nəinki dəqiqliklə verir, onun yaratdığı obrazlar
bu güclü heyvanların yaşadığı zəngin
hisləri də özündə əks etdirir.
Latviyalı rəssam iki ildir ki, Azərbaycanda
yaşayır. Buraya gələn kimi də yerli
atçılarla əlaqə yaratmağa başlayıb və
xüsusilə Qarabağ cins atlarına maraq göstərir.
Qarabağ atları azərbaycanlıların milli fəxarət
ünvanlarındandır. Təsadüfi deyil ki, 2013-cü ildə
məhz Qarabağ atlarının iştirakı ilə
oynanılan ənənəvi milli çövkən oyunu
UNESCO-nun siyahısına daxil edilib.
"Canlı miras" sərgisində Qarabağ
atlarının obrazları təsvir olunmuş 29 əsər
nümayiş olunacaq.
Mədəniyyət.- 2018.- 30 may.- S. 3.