"Regional muğam festivalı" keçirilib

 

   Mayın 25-də Qubada rayon İcra Hakimiyyətinin və Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə "Regional muğam festivalı" keçirilib. Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev festivalın əhəmiyyətindən, ölkəmizdə muğama göstərilən dövlət qayğısından danışıblar.

   Konsert proqramında muğam ustaları və festival iştirakçılarının çıxışları dinlənilib. Sonda tədbirdən öncə təşkil olunmuş müsabiqədə münsiflər heyəti tərəfindən müəyyən edilmiş qaliblərə rayon İcra Hakimiyyətinin və Xaçmaz Regional Mədəniyyət İdarəsinin diplom və mükafatları təqdim edilib.

 

Mədəniyyət.- 2018.- 30 may.- S. 5.