Lütfi
Zadənin xatirəsinə həsr edilən tamaşanın
premyerası olub
Xəbər
verdiyimiz kimi, Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrında
İsveçrə yazıçısı Fridrix
Dürrenmattın "Fiziklər" komediyası əsasında
"Dəlixanada qətl" tamaşası hazırlanıb.
Mayın 26-da yeni tamaşanın
premyerası keçirilib.
Səhnə əsəri dünya
şöhrətli azərbaycanlı alim,
mərhum Lütfi Zadənin xatirəsinə
həsr olunub. Əsəri rus
dilindən Dilsuz Mustafayev
tərcümə edib. İkipərdəli
səhnə əsərinin quruluşçu
rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu
rəssamı Elşən Sərxanoğlu, musiqi
tərtibatçısı İradə Muradovadır.
Obrazları əməkdar artistlər Leyli
Vəliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Şövqi Hüseynov, aktyorlar Mehriban Hüseynova, İradə Rəşidova, Şəbnəm
Hüseynova, Rəşad Səfərov, Anar Seyfullayev, Aygün Fətullayeva və başqaları
canlandırıb.
Mədəniyyət.- 2018.- 30 may.- S. 5.