Cümhuriyyət məfkurəsi
haqqında tələbələr üçün
mühazirə
Mədəniyyət
Nazirliyinin Muzey Sərvətləri
və Xatirə Əşyalarının Elmi
Bərpa Mərkəzində "Azərbaycan Xalq
Cümhuriyyəti - 100" adlı guşə
yaradılıb. Mərkəzdə həmçinin
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Sənətşünaslıq
fakültəsinin "İncəsənət əsərlərinin
bərpası və ekspertizası" ixtisasının III kurs tələbələri üçün
"Türkləşmək, müasirləşmək və islamlaşmaq uğrunda"
adlı mühazirə keçirilib.
Mühazirə zamanı Xalq Cümhuriyyətinin
ideoloji banisi olan Əli bəy Hüseynzadənin şəxsi
əşyalarından ibarət təqdimat nümayiş
etdirilib, onun, Əhməd
Ağaoğlunun, digər Cümhuriyyət
ideoloqları və qurucularının fəaliyyəti
haqqında məlumat verilib.
Mədəniyyət.-
2018.- 30 may.- S.15.