Azərbaycan moda həftəsi

 

 

Noyabrın 1-dən 3-dək Bakıdakı Muzey Mərkəzində “Azerbaijan Fashion Week” (AFW) – ölkəmizin rəsmi moda həftəsinin 8-ci mövsümü keçirilir.

Azerbaijan Fashion Weekin mətbuat xidmətindən bildirib ki, 8-ci mövsümün əsas vizual obrazları kimi, müəllifin razılığı ilə, Əməkdar rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, sənətşünaslıq fəlsəfəsi doktoru Rəşad Mehdiyevin əsərlərindən istifadə edilib. Qadın – onun siması, cəmiyyətdəki və ilham mənbəyi olaraq yaradıcılıq prosesində rolu istedadlı rəssamın işlərində əsas yerlərdən birini tutur.

8-ci dəb mövsümünün iştirakçıları Azərbaycan, Qazaxıstan, GürcüstanTacikistandan tanınmış dizaynerlərdir. Onlar  2019-cu ilin yaz-yay mövsümünün ən son kolleksiyalarını qonaqlara təqdim edəcəklər.

Əsas nümayiş proqramı ilə yanaşı, ənənəvi hala çevrilən “Showroom ÀFW” də təşkil olunacaq. “Showroom ÀFW”nin məqsədi butik sahibləri və bayerlərə axtarışlar üçün vaxt itirmədən dizaynerlərlə bilavasitə ünsiyyətə girmək, mövsümün yenilikləri barədə öyrənmək imkanı yaratmaqdır.

 

 

Mədəniyyət.- 2018.- 2 noyabr.- S.8.