Mahnılarla pillə-pillə
Yanvarın 13-də Heydər Əliyev Sarayında tanınmış estrada müğənnisi, Əməkdar artist Teymur Əmrahın solo konserti keçiriləcək. Müğənni uzun fasilədən sonra yenidən Heydər Əliyev Sarayında pərəstişkarları qarşısında çıxış edəcək.
“Bu dünya
nərdivandır” adlı konsert
proqramında Teymur Əmrah
repertuarından sevilən,
populyarlıq qazanan mahnıları səsləndirəcək.
Proqramda görkəmli bəstəkarlar Rauf Hacıyev, Tofiq Quliyev, Emin Sabitoğlu,
Oqtay Kazımi, Elza
İbrahimovanın unudulmaz əsərləri,
retro mahnılar yer alacaq.
Mədəniyyət.- 2018.- 2
noyabr.- S.7.