Gənclər siyasəti mövzusunda
dəyirmi masa
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Milli gənclər siyasəti” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə kitabxananın direktoru Oruc Quliyev, elmi işlər üzrə direktor müavini Xalidə Musayeva, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin baş metodisti Samirə Cəlilova, mərkəzin kitabxana müdiri Validə Hacıyeva, Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya fakültəsinin gənclər təşkilatının sədri Sənan İmanov çıxış ediblər.
Çıxışlarda ölkə rəhbərliyinin gənclərə qayğısından ətraflı söz açılıb. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələrdən bəhs olunub.
Respublika Gənclər Kitabxanasının 90 illiyi münasibətilə gənc yazıçı və şairlər arasında keçirilən virtual müsabiqənin iştirakçıları Esmira Günəş, Savalan Abbasoğlu, Xəyal Zeynal, Mənsur Həsənzadə şeirlərini oxuyublar.
Mədəniyyət.- 2018.- 2
noyabr.- S.3.