“Arşın
mal alan” pantomim janrında
Musiqili teatrın gəncləri xarici qonaqları təəccübləndiriblər
“Four
Seasons Hotel”də Azərbaycan
mədəniyyətini dünyaya
tanıtmaq, təbliğ
etmək məqsədilə
Rusiya Federasiyası, Böyük Britaniya, Portuqaliya, İtaliya və dünyanın digər yerlərindən ölkəmizə gələn
qonaqlar üçün
yaddaqalan şou-proqram
təqdim olunub.
Proqramda
Azərbaycanın incəsənət
nümayəndələrinin nümayiş etdirdiyi nömrələr sırasında
Dövlət Musiqili Teatrının əməkdaşı
Zaur Əliyevin quruluşunda dahi Üzeyir Hacıbəylinin
“Arşın mal alan” tamaşasından
parça da təqdim olunub. Musiqili komediyanın qəhrəmanları – Əsgər
və Gülçöhrənin
səmimi məhəbbəti,
Süleyman, Asya, Cahan xala, Soltan
bəy, Telli, Vəli və s. kimi obrazların özünəməxsusluğu pantomim hərəkətlərlə
göstərilib.
Musiqili klassik pantomim janrında ifa olunan bu
səhnəcik aktyorların
pantomim hərəkətləri,
milli geyimlərinin rəngarəngliyi ilə xarici turistlərin diqqətini çəkib,
xüsusi rəğbət
və sürəkli alqışlarla qarşılanıb.
Tamaşanı teatrın gənc
aktyorları Əmrah Dadaşov, Ruslan Mürsəlov, Nərmin Əliyeva, Fərid
Muradoğlu, Pərvin Dadaşov,
Eleonora Mehdiyeva, həmçinin
teatrın nəzdində fəaliyyət göstərən
Yaradıcılıq studiyasının gənc istedadları Nadir Rzayev, Nigar
Qarayusifli ifa ediblər.
Mədəniyyət.- 2018.- 2
noyabr.- S.3.